Əsas vəzifə öhdəlikləri:
- Primavera P6 kimi proqramlarla detallı zaman cədvəlinin hazırlanması;
- Resurs bölgüsü, kritik yol (critical path) analizin aparılması;
- Gantt diaqramları, S-əyriləri (S-curve) hazırlanması və yenilənməsinin icra edilməsi;
- Material, əmək qüvvəsi və avadanlıqlar üzrə planlaşdırmanın aparılması;
- Nağd pul axını planının (cash flow) hazırlanması;
- Həftəlik / aylıq irəliləyiş hesabatlarının hazırlanması;
- Fiziki yerinə yetirilmə və plan müqayisəsinin aparılması;
- Gecikmə analizləri və həll yollarının təqdim edilməsi;
- Tender sənədlərinə əsasən ilkin planlaşdırmanın aparılması;
- Təklif mərhələsində zaman və maliyyət təhlilinin təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Excel, Primavera P6, Autocad proqramları üzrə biliklər;
- Kommunikasiya bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Detallara diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali; (İnşaat mühəndisliyi, planlaşdırma və ya layihə idarəçiliyi üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il təcrübə
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.