Əsas vəzifə öhdəlikləri:
- Verilən tapşırıqlara əsasən frontend hissələrin hazırlanması;
- HTML, CSS və JavaScript istifadə edərək istifadəçi interfeyslərinin yaradılması;
- Mövcud frontend səhifələrində dəyişiklik və düzəlişlərin edilməsi;
- Backend API-lərindən gələn məlumatların frontend-də düzgün göstərilməsi;
- Mobil və desktop görünüşlər üçün responsive dizayn prinsiplərinə əməl edilməsi;
- Kodların oxunaqlı, səliqəli və qəbul olunmuş standartlara uyğun yazılması;
- Git və ya digər versiya idarəetmə sistemlərindən istifadə edilməsi;
- Code review zamanı verilən qeydlərin nəzərə alınması və düzəlişlərin edilməsi;
- Proqramda yaranan vizual və funksional xətaların araşdırılması və aradan qaldırılması;
- Texniki sənədlərin, tapşırıq qeydlərinin və görülən işlərin qısa şəkildə qeyd olunması;
- Komanda daxilində gündəlik və həftəlik işlərin icrası barədə məlumat verilməsi;
- Lazım olduqda test komandası, backend developer və biznes analitiklərlə əməkdaşlıq edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- RESTful API prinsipləri və HTTP status kodları haqqında məlumatlılıq;
- Observables və əsas operatorlarla işləmək bacarığı;
- Klasslar, inheritance (mirasalma), encapsulation və interfeyslər haqqında təməl biliklər;
- Statik tipləmə, interfeyslər (Interfaces) və class-larla işləmək təcrübəsi;
- Arrow functions, Promises, Async/Await və Array metodları (map, filter, reduce) haqqında biliklər;
- Semantik kodlaşdırma, Cross-browser uyğunluğu və adaptiv dizayn (Responsive Web Design) prinsipləri, Flexbox və Grid ilə işləmək bacarığı;
- Framework-ün əsasları: Components, Services, Modules, Dependency Injection üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Nərimanov ray., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.