Avrora Avrora
  • 186

Proqram təminatı üzrə kiçik mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Proqram təminatı üzrə kiçik mütəxəssis

  • Истекает 8 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Verilən tapşırıqlara əsasən frontend hissələrin hazırlanması;
  • HTML, CSS və JavaScript istifadə edərək istifadəçi interfeyslərinin yaradılması;
  • Mövcud frontend səhifələrində dəyişiklik və düzəlişlərin edilməsi;
  • Backend API-lərindən gələn məlumatların frontend-də düzgün göstərilməsi;
  • Mobil və desktop görünüşlər üçün responsive dizayn prinsiplərinə əməl edilməsi;
  • Kodların oxunaqlı, səliqəli və qəbul olunmuş standartlara uyğun yazılması;
  • Git və ya digər versiya idarəetmə sistemlərindən istifadə edilməsi;
  • Code review zamanı verilən qeydlərin nəzərə alınması və düzəlişlərin edilməsi;
  • Proqramda yaranan vizual və funksional xətaların araşdırılması və aradan qaldırılması;
  • Texniki sənədlərin, tapşırıq qeydlərinin və görülən işlərin qısa şəkildə qeyd olunması;
  • Komanda daxilində gündəlik və həftəlik işlərin icrası barədə məlumat verilməsi;
  • Lazım olduqda test komandası, backend developer və biznes analitiklərlə əməkdaşlıq edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • RESTful API prinsipləri və HTTP status kodları haqqında məlumatlılıq;
  • Observables və əsas operatorlarla işləmək bacarığı;
  • Klasslar, inheritance (mirasalma), encapsulation və interfeyslər haqqında təməl biliklər;
  • Statik tipləmə, interfeyslər (Interfaces) və class-larla işləmək təcrübəsi;
  • Arrow functions, Promises, Async/Await və Array metodları (map, filter, reduce) haqqında biliklər;
  • Semantik kodlaşdırma, Cross-browser uyğunluğu və adaptiv dizayn (Responsive Web Design) prinsipləri, Flexbox və Grid ilə işləmək bacarığı;
  • Framework-ün əsasları: Components, Services, Modules, Dependency Injection üzrə biliklər.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Nərimanov ray., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily16
  • Weekly666
  • Monthly799