Avrora Avrora
  • 942

Avrora

Distributors

Proqram Təminatı üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Proqram Təminatı üzrə mütəxəssis

  • Истекает 5 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin və proseslərin optimallaşdırılmasının icra edilməsi;
  • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi və bağlantının fasiləsizliyinin təmin edilməsi;
  • Rəhbərin tapşırıqlarına əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
  • Biznes tələblərinin təhlil edilməsi və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Proqramlaşdırma yazı qaydaları və forması təlimatında ehtiyac olan dəyişiklik təklifinin verilməsi və rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
  • Hesabatların hazırlanması və təhlil edilməsi;
  • Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması işlərinin icra edilməsi;
  • Mövcud proqramlara dəstək verilməsi, ehtiyac yaranarsa, düzəlişlər edilməsi;
  • Proqram dəyişikliklərinin ilkin testlərinin edilməsi;
  • Proqramların texniki sənədlərinin hazır edilməsi və versiya dəyişikliklərinə uyğun olaraq sənədlərdə lazımi dəyişikliklərin edilməsi;
  • Proqramların optimal və performanslı işləməsinin təmin edilməsi;
  • Gün ərzində yönələn sorğuların icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Güclü alqoritmik və məntiqi düşünmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və açıq ünsiyyət;
  • Məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Özünü inkişaf etdirmək istəyi və yeni texnologiyalara maraq;
  • Kompleks sistemlərin inkişafı ilə bağlı müxtəlif layihələrdə iştirak;
  • RESTful API dizayn və implementasiyası üzrə praktiki təcrübə;
  • Asinxron sistemlər və mesajlaşma mexanizmləri ilə iş təcrübəsi – RabbitMQ;
  • MS SQL verilənlər bazası ilə iş bacarığı;
  • MyBatis ilə işləmə təcrübəsi;
  • Versiya nəzarət sistemləri ilə işləmə bacarığı;
  • Docker, Linux və digər müvafiq alətlər üzrə başlanğıc səviyyədə anlayış;
  • Kodun oxunaqlılığı, təmiz arxitektura və performans baxımından optimallaşdırma vərdişləri;
  • Microservices arxitekturası ilə təcrübə üstünlükdür;
  • Unit və integration test yazmaq təcrübəsi (JUnit, Mockito və s.) üstünlükdür;
  • Sistem dizaynı və arxitektura üzrə biliklər üstünlükdür;
  • Satış prosesləri ilə bağlı layihələrdə və ya komandada iş təcrübəsi üstünlükdür;
  • SAP ERP sisteminə dair ümumi anlayışı olan və SAP ilə inteqrasiya proseslərində iştirak etmiş namizədlər üstünlükdür.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təcrübə: 5 ildən artıq (Java və Spring Boot texnologiyaları üzrə);
  • Təhsil: Ali (Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları ixtisası üzrə). minimum bakalavr dərəcəsi); 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily108
  • Weekly108
  • Monthly846