Əsas vəzifə öhdəlikləri:
- Premium beynəlxalq brendlər üçün reklam və marketinq materiallarının hazırlanması;
- Çap məhsulları, POSM materialları, açıq hava reklamları və rəqəmsal platformalar üçün dizaynların hazırlanması;
- Dizayn fayllarının çapa və istehsalata uyğun şəkildə hazırlanması;
- Beynəlxalq brend materiallarının yerli bazara uyğunlaşdırılması;
- Brend menecerləri, marketinq şöbəsi və podratçılarla sıx əməkdaşlığın həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Adobe Photoshop və Adobe Illustrator proqramlarını yüksək səviyyədə bilmək;
- Adobe InDesign və Adobe After Effects proqramlarını bilmək arzuolunandır;
- Kompozisiya, tipoqrafiya və çap üçün faylların hazırlanması prinsiplərini bilmək;
- Detallara diqqət, yüksək estetik zövq və məsuliyyətlilik;
- Rus dilini yaxşı səviyyədə bilmək.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil:Ali;
- İş təcrübəsi: Qrafik dizayner kimi minimum 5 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00;
- İş yeri: Aşıq Molla Cümə 46c
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qrafik Dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.