Əsas vəzifə öhdəlikləri:
- SAP platformasında ABAP, ABAP on HANA və obyekt yönümlü proqramlaşdırma üzrə həllərin hazırlanması;
- Design pattern yanaşmaları tətbiq edərək səmərəli və dayanıqlı kodun yazılması;
- Data miqrasiya və inteqrasiya proseslərinin icrası (SOAP/REST, RFC, IDoc, fayl əsaslı inteqrasiyalar);
- SAP Script, Smart Forms, BADI, BAPI, ALV, Web Services, User-Exit və Batch Input üzrə proqramlaşdırma işlərinın aparılması;
- Funksional tələblərin texniki spesifikasiyalara çevrilməsi və reallaşdırılması;
- Mövcud biznes proseslərdə qarşılıqlı asılılıqların nəzərə alınaraq uyğun texniki həllərin hazırlanması;
- Sistemdə yaranan problemlərin analizi və effektiv həll yollarının təmin olunması;
- Komanda ilə birgə işləyərək layihələrin vaxtında və keyfiyyətlə tamamlanmasına töhfə verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- FI, CO, MM, PP və ya SD modullarından ən azı ikisində ABAP inkişaf təcrübəsi;
- ABAP XML transformasiya/generasiya biliklərinin olması üstünlükdür;
- SAP inteqrasiya texnologiyaları (SOAP/REST veb xidmətləri, RFC, fayl əsaslı inteqrasiyalar) ilə təcrübə;
- Analitik düşüncə, problem həll etmə və müstəqil qərarvermə bacarığı;
- Yeni texnologiyalara sürətli uyğunlaşma və öyrənməyə açıq olmaq;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları, komandada işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: SAP ABAP proqramlaşdırmada minimum 2–3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, orta səviyyədə ingilis dili bilikləri
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SAP ABAP Developer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.