Avrora Avrora
  • 406

Avrora

Distributors

SAP ABAP Developer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SAP ABAP Developer

  • Истекает 5 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • SAP platformasında ABAP, ABAP on HANA və obyekt yönümlü proqramlaşdırma üzrə həllərin hazırlanması;
  • Design pattern yanaşmaları tətbiq edərək səmərəli və dayanıqlı kodun yazılması;
  • Data miqrasiya və inteqrasiya proseslərinin icrası (SOAP/REST, RFC, IDoc, fayl əsaslı inteqrasiyalar);
  • SAP Script, Smart Forms, BADI, BAPI, ALV, Web Services, User-Exit və Batch Input üzrə proqramlaşdırma işlərinın aparılması;
  • Funksional tələblərin texniki spesifikasiyalara çevrilməsi və reallaşdırılması;
  • Mövcud biznes proseslərdə qarşılıqlı asılılıqların nəzərə alınaraq uyğun texniki həllərin hazırlanması;
  • Sistemdə yaranan problemlərin analizi və effektiv həll yollarının təmin olunması;
  • Komanda ilə birgə işləyərək layihələrin vaxtında və keyfiyyətlə tamamlanmasına töhfə verilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • FI, CO, MM, PP və ya SD modullarından ən azı ikisində ABAP inkişaf təcrübəsi;
  • ABAP XML transformasiya/generasiya biliklərinin olması üstünlükdür;
  • SAP inteqrasiya texnologiyaları (SOAP/REST veb xidmətləri, RFC, fayl əsaslı inteqrasiyalar) ilə təcrübə;
  • Analitik düşüncə, problem həll etmə və müstəqil qərarvermə bacarığı;
  • Yeni texnologiyalara sürətli uyğunlaşma və öyrənməyə açıq olmaq;
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları, komandada işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: SAP ABAP proqramlaşdırmada minimum 2–3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, orta səviyyədə ingilis dili bilikləri

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “SAP ABAP Developer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily151
  • Weekly404
  • Monthly1048