Əsas vəzifə öhdəlikləri:
- Təşkilatın struktur bölmələrinin sifarişi ilə əldə edilməsi zəruri hesab edilən mal, xidmətlə bağlı təchizatçı şirkətlərin müəyyənləşdirilməsi sahəsində bazar araşdırılmalarının aparılması;
- Daxil olunmuş sifariş sorğularının hesabatının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Bağlanılması nəzərdə tutulan müqavilələr (müqavilə üzrə şərtlər- razılaşma, ödəniş və s.) üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak edilməsi;
- Təchiz olunmuş malların qeydiyyatının aparılması, sifarişçi tələbinə uyğunluğuna nəzarət edilməsi və növbəti proqnozlaşdırılmış il üçün planın hazırlanması;
- Təchizatçılarla görüşlərin keçirilməsi və onlar haqqında lazımı məlumatların əldə edilməsi;
- Kotirovka sorğularının keçirilməsinin təşkil edilməsi;
- Ödənişlərlə bağlı analiz aparılması və ödənişə təqdim edilməsi;
- Satınalma sorğularının analizi və qiymət müqayisəsinin həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
- Komanda ilə işləmə bacarığı;
- Diqqətcil və məsuliyyətli olmalı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sahə üzrə min. 1 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən Cv-lərini mövzu hissəsinə “Satınalma üzrə kiçik mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.