Avrora Avrora
  • 1.3K

Satış üzrə nümayəndə

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə nümayəndə

  • Deadline 1 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq keçirilən toplantılarda iştirak edir, satış templəri ilə baş tutacaq qiymət dəyişiklikləri və marketinq aksiyaları, yeni təsdiqlənmiş şirkət standartları və planoqramlarda baş verəcək dəyişikliklərlə tanış olur;
  • Təyin edilmiş marşrut üzrə ticarət nöqtələrini ziyarət edir, həmin ticarət nöqtəsinin satış tempinə uyğun olaraq sifarişləri terminal və ya mail vasitəsilə qeydə alır və sifarişlərin zamanında çatdırılmasını daim nəzarətdə saxlayır;
  • İsti satış keçirdiyi təqdirdə ticarət nöqtələrinin satış tempini təhlil edərək istifadəsinə verilmiş nəqliyyat vasitəsində daim müştərilərin ehtiyacını qarşılaya biləcək miqdarda məhsulların mövcudluğunu nəzarət altında saxlayır;
  • Ticarət nöqtələrində istifadə müddəti bitmiş, yaxud istifadə müddətinin bitməsinə az qalmış məhsulların iadəsini təmin edir;
  • Debitor borcların zamanında ödənilməsi və aylıq kassa planının təmin edilməsinə dair zəruri addımları atır;
  • Avrora şirkətinin satış məntəqələrində olan maddi (pul, invertar və s.) vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır;
  • Müştərilərdən (ticarət nöqtələrindən) şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır.

Tələb olunan bilik və bacarıqlar:

  • Təqdimat bacarığı;
  • Yüksək kommunikasiya bacarığı;
  • Müştərilərlə işləmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: orta və ya ali təhsil;
  • İş təcrübəsi: satış sahəsində minimum 1 il iş təcrübəsi.

Əlavə tələblər:

 

  • Şəxsi avtomobilin olması mütləqdir.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Aşıq Molla Cümə 46 C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına yanacaq kartı .

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə nümayəndə” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019