Avrora Avrora
  • 211

SƏTƏM mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM mütəxəssisi

  • Deadline 4 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Yanğından mühafizə vasitələrinin ( yanğın siqnalizasiya sistemlərinin, daxili yanğın su kranlarının, yanğın su  nasosxanasının və s. ) daim saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
  • Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;
  • Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq; 
  • İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
  • Qanunvericiliyə uyğun SƏTƏM üzrə sənədləşmə prosesinin həyata keçirmək
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Office proqramı üzrə biliklər;
  • Kommunikasiya bacarığı;
  • Təqdimetmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrə üstünlükdür).
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.rla

  • Daily79
  • Weekly236
  • Monthly369