Avrora Avrora
  • 350

Sistem Administratoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sistem Administratoru

  • Deadline 26 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • İT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi;
  • Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD, Nginx və s.) inzibatçılığının və etibarlı işləməsinin təmin edilməsi;
  • Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);
  • Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatı və icrası;
  • Daxil olan sorğuların vaxtında icra edilməsi;
  • Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi;
  • Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması;
  • Müvafiq hesabatların hazırlanması və texniki sənədləşmənin aparılması;
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə;
  • Microsoft Exchange Server idarəetmə təcrübəsi;
  • Linux OS server ilə bağlı bilik və təcrübə;
  • Azure, Office 365 platformaları ilə təcrübə;
  • VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında inamlı bilik və təcrübə;
  • Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi təcrübəsi;
  • PowerShell-də skript yazma təcrübəsi;
  • Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
  • SAN sistemləri ilə iş təcrübəsi;
  • SSL\TLS üzrə biliklər;
  • Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;
  • Monitorinq sistemləri ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsilli;
  • İş təcrübəsi: Sahə üzrə min. 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sistem Administratoru” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily137
  • Weekly389
  • Monthly2226