Əsas vəzifə öhdəlikləri:
- Hazır məhsulların satış büdcəsinə əsasən illik satınalma büdcəsini hazırlayır;
- İqtisadi Təhlil Şöbəsindən göndərilən aylıq satış planına əsasən hazır məhsulların satınalma tələbini formalaşdırır;
- Satış dinamikasına uyğun əlavə ehtiyacı olan satınalma sifarişini formalaşdırır;
- Açıqda olan satınalma tələb və sifarişini təqib edir;
- Hazır məhsulda artıq mal qalığı və əksik mal qalığının qarşısını alır;
- Hazır məhsulun son istifadə tarixini təqib edir və risk hallarının aşkarlanması nəticəsində adiyyatı şöbəyə məlumat verir;
- Yenilənmiş satış planına əsasən daxili proqram təminatında İT tərəfindən plan və faktların yenilənməsini təmin edir;
- Marketinq kompaniyalarına uyğun olaraq satınalma tələblərini formalaşdırır;
- İdxal hazır məhsullarda logistika prosseslərinin surətlənməsi, maşın, konteynr və vaqon üzrə tələbləri hazırlayır;
Tələb olunan bilik və bacarıqlar:
- Analitik düşünmə bacarığı;
- FMCG -də (xüsusi ilə süd kateoqiyasında) təcrübənin olması üstünlükdür;
- Yüksək səviyyədə Excel bilikləri;
- Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tədarük Planlama üzrə Mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.