Əsas vəzifə öhdəlikləri:
- Günlük anbar qalıqlarını nəzarətdə saxlamaq;
- Satış və bazar araşdırmasından gələn təxmin plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla istehsal planını, buna uyğun olaraq da məhsulun planlamasını hazırlamaq;
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə istehsalatda istifadəsini təmin etmək;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə hazırlanmış istehsal planına əsasən daxili və xarici bazardan satınalma yolu ilə alınacaq xamalları müəyyən etmək və bağlı olduğu rəhbərlə razılaşdırdıqdan sonra satınalma tələbi açılması;
- Açılan satınalma tələblərinin zamanında tədarük olunması üçün tələblərin izlənilməsi;
- ERP proqramında istehsal əmrlərinin açılması;
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
- Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq, istehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalının həyata keçirilməsini təmin etmək;
- Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Yaxşı səviyyədə Excel bilikləri;
- Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Dəqiqlik və detallara diqqət;
- Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təchicazt, biznesin idarə edilməsi, iqtisadiyyat sahəsində bakalavr və ya magistr təhsili
- CIPS sertifikatı üstünlükdür
- Təcrübə: Minimum 1 il (Planlama üzrə);
- Təhsil: Ali (Sənaye mühəndisliyi, İqtisadiyyat, İdarəetmə sahələri üzrə minimum bakalavr dərəcəsi).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tədarük Planlama üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.