Tender və Müqavilələr üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender və Müqavilələr üzrə mütəxəssis

  • Deadline 10 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial podratçılar və təchizatçıların əvvəlcədən kvalifikasiyasını aparmaq;
  • Tender dəvətlərini vermək, tender paketini hazırlamaq və bütün tender prosesini idarə etmək;
  • Təklifləri kommersiya və texniki cəhətdən qiymətləndirmək;
  • Tender qiymətləndirmə hesabatlarının və tender qalibinin təyin edilməsi üçün tövsiyələri hazırlamaq;
  • Əsas müqavilələri yekunlaşdırmaq və imzalamaq;
  • Bütün layihə müqavilələrini (əsas müqavilə, altmüqavilələr, təchizat müqavilələri) hazırlamaq, yoxlamaq və idarə etmək;
  • Verilmiş arxitektura və mühəndislik çertyojlarına əsasən layihənin əhatə dairəsinə  nəzarəti təmin etmək;
  • Materiallar, avadanlıqlar və podratçılar üçün təchizat müqavilələrini idarə etmək;
  • Çatdırılma qrafiklərinin və texniki tələblərə uyğunluğun monitorinqini etmək;
  • Aralıq və yekun ödənişləri yoxlamaq və təsdiqləmək;
  • Xərcləri büdcə və müqavilə dəyərləri ilə izləmək;
  • Sifarişçi, podratçılar, məsləhətçilər və digər maraqlı tərəflər arasında əsas əlaqə vasitəsi kimi çıxış etmək;
  • Daimi kommersiya və müqavilə hesabatlarını vermək;
  • Layihənin yekunlaşdırılması, yekun hesablaşmalar, “as-built” sənədlər və zəmanətləri idarə etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan və ingilis dili bilikləri (Rus dili əlavə üstünlükdür)
  • Yüksək səviyyədə Excel və Word bilikləri ;
  • Layihənin İdarə Edilməsi üzrə Peşəkar (PMP) sertifikatları arzuolunandır;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təhsil: Ali təhsil (Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə, Logistika, Təchizat İdarəçiliyi və ya Hüquq sahələri üzrə)
  • Tender və ya satınalma sahəsində 3 ildən yuxarı iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Nahar təminatı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender və Müqavilələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly633
  • Monthly1033