Avrora Avrora
  • 364

Tikinti sahə mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tikinti sahə mühəndisi

  • Deadline 6 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Sifarişçinin maraqlarını qorumaqla, layihənin sahədə düzgün və vaxtında icrasını təmin etmək.
  • İcra olunan işlərin və istifadə olunan materialların müvafiq standartlara və spesifikasiyalara uyğunluğunu yoxlamaq.
  • İş yerində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, təhlükəsizlik tədbirlərini izləmək.
  • Layihə ilə bağlı sahə məlumatlarını toplamaq, analiz etmək və sifarişçiyə hesabatlar təqdim etmək.
  • Sahədə yaranan problemləri müəyyən etmək, müzakirə etmək və həll yolları tapmaq.
  • Podratçılar, mühəndislər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin gedişatını izləmək.
  • Layihə planlarında və icrasında baş verən dəyişiklikləri sənədləşdirmək və sifarişçiyə məlumat vermək.

Tələb olunan bilik və bacarıqlar:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil.
  • Tikinti sahə mühəndisi və ya iş icraçısı kimi minimum 5 il iş təcrübəsi.
  • Autocad və alternativ proqramlarda biliklər.
  • Tikinti sənədləşməsini (aktlar jurnallar və s. )  bacarmalı .
  • Keyfiyyətə nəzarət sənədləşmələrini (NFİ, NCR, MAR, MRR və s.)  bilməli. 

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri: Quba

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Yaşayış yeri ilə təmin olunma.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Tikinti sahə mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly330
  • Monthly495