Avrora Avrora
  • 275

Videomüşahidə sistemləri üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Videomüşahidə sistemləri üzrə mütəxəssis

  • Deadline 4 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • LAN kabellərin kabel kanalları,borular vasitəsi ilə  montaj edilməsi, patch panel, rack kabinetlərin montajı;
  • Təhlükəsizlik sistemləri üzrə avadanlığın və proqram təminatının sazlanması, profilaktika və texniki xidmət işlərinin aparılması;
  • Kameraların fokuslarının və digər funksiyaların tənzimlənməsi, profilaktik təmizlənməsi.
  • Funksionallığı və istifadə imkanlarını artırmaq üçün yenilənmələr həyata keçirmək və əlavələr etmək.
  • Kritik problemləri dərhal həll etmək üçün iş saatından sonra və iş saatı ərzində zənglərə cavab vermək.
  • Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması.
  • Videomonitorların quraşdırılması
  • Yeni layihələr üçün təhlükəsizlik sistemlərinin müvafiq spesifikasiyalarının hazırlanması.
  • Müasir  təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və mümkün istifadəsi üzrə təkliflər vermək.
  • İstifadəçilərə nəzarət proqramlarının yazılması,konfigurasiya edilməsi, aidiyyatı üzrə giriş icazələrinin verilməsi.
  • Məlumatların mühafizəsinin prosedura uyğun təmin olunması
  • Saxlama və arxivləşdirmə prosedurlarının düzgün işləməsini təmin etmək.
  • Görülmüş işləri sənədləşdirmək

Tələb olunan bilik və bacarıqlar:

  • Müşahidə kameralarının ( Analoq, IP) quraşdırılması bacarığı;
  • DVR və NVR cihazlarının montaj və proqram təminatı üzrə yaranmış problemləri həll etmə bacarığı;
  • İvms 4200, Sadp, Batch configuration proqramları ilə işləmə bacarığı;
  • Zəif axın və LAN kabellərin çəkilməsi və sonlandırılma bacarığı;
  • Elektrik alətlərindən istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46B.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Videomüşahidə sistemləri üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily155
  • Weekly155
  • Monthly288