Namizədə tələblər:
- Azərbaycan dilində səlist nitq (Rus və İngilis dilləri arzuolunandır)
- CV-də və ya E-maildə universitetə giriş balı mütləq şəkildə qeyd olunmalıdır
- Word, Excel və Outlook proqramları ilə işləmə bacarığı
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Aktiv şəkildə yeni müştəri axtarmaq
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- CRM programını istifadə etmək və ya qısa bir zaman içərisində öyrənmək bacarığı
- Şəxsi avtomobilin olması üstünlükdür
İş barədə məlumat:
- Azərbaycanda Mobil yağlarının rəsmi distribütoru olan “AMS” tərəfindən şirkətlərə satışı həyata keçirilməsi üçün korporativ satış meneceri axtarılır.
- Şirkət məhsullarının satışının təşkili
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
- Rəhbərliyə görülmüş işlər barədə hesabatların verilməsi
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Həftədə 5 tam iş günü, şənbə günü yarım gün
- Əmək haqqı 700-1000 + satışdan %
- Korporativ nömrə ilə təmin olunacaq
Maraqlanan namizədlər cv-lərini "Korporativ Satış Meneceri ” başlığı ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.