İş yeri: Bakı, Azərbaycan
Əsas vəzifələr:
- Məhsulların pərakəndə satışını təşkil etmək və satış hədəflərinə çatmaq
- Müştəri bazasını genişləndirmək və yeni müştərilərlə əlaqələr qurmaq
- Müştərilərə məhsullar haqqında məsləhət vermək və onların ehtiyaclarına uyğun həllər təklif etmək
- Satış prosesini izləmək və müvafiq hesabatlar hazırlamaq
- Bazarın təhlilini aparmaq və rəqabət mühitini izləmək
Namizədə tələblər:
- Ali təhsil
- Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi
- Sürtkü yağları haqqında biliklər arzuolunandır
- Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dili arzuolunandır
- MS Office proqramlarında işləmək bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Komandada işləmək və müştərilərlə effektiv əlaqə qurmaq qabiliyyəti
İş şəraiti:
- Həftə içi 5 gün 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 15:00-dək iş qrafiki
- Əmək haqqı 600-700 AZN + satışdan bonus
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.