Çap Operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çap Operatoru

  • Deadline 3 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çap və promo məhsulların hazırlanması üzrə komandamıza çevik, məsuliyyətli və öyrənməyə həvəsli Çap Operatoru axtarırıq.

Vəzifə öhdəlikləri

  • Gündəlik çap məhsullarını — bayraq, geyim, fincan və digər promo məhsulları — hazır vəziyyətə gətirmək
  • Çap sifarişlərinin vaxtında və keyfiyyətli şəkildə hazırlanmasını təmin etmək
  • Çap avadanlıqları ilə düzgün və təhlükəsiz işləmək
  • İş prosesində sürətli olmaq və iş vaxtından səmərəli istifadə etmək
  • Çap zamanı yaranan problemləri operativ şəkildə müəyyən etmək və həll etmək
  • Hazırlanan məhsullarda keyfiyyətə nəzarət etmək
  • Xırda detallara diqqət yetirmək və məhsulların səliqəli hazırlanmasını təmin etmək
  • Mockup əsasında işləmək və dizaynı məhsula düzgün tətbiq etmək
  • İş yerinin və avadanlıqların səliqəli saxlanılmasına diqqət etmək
  • Verilən tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək

Namizədə tələblər

  • Bəy namizədlər
  • 18–30 yaş aralığı
  • Çevik, məsuliyyətli və intizamlı olmaq
  • Sürətli iş tempinə uyğunlaşa bilmək
  • Detallara diqqətli olmaq
  • Komandada işləmək bacarığı
  • Yeni avadanlıq və texnologiyaları öyrənməyə həvəsli olmaq
  • Fiziki işə uyğun olmaq

Üstünlük veriləcək namizədlər

  • Sublimasiya, DTF və digər çap texnologiyaları haqqında məlumatı olan
  • Çap avadanlıqları ilə işləmə təcrübəsinə sahib olan
  • Promo məhsulların hazırlanması sahəsində təcrübəsi olan
  • Çap prosesinin texniki mərhələlərini bilən namizədlərə üstünlük veriləcək

İş şərtləri

  • İş günləri: Həftə içi 6 gün
  • İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00
  • Şənbə: 10:00–16:00
  • Əmək haqqı: 600 AZN
  • İş sahəsi: Çap və promo məhsullar
  • Dinamik və peşəkar iş mühiti

Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə “Çap Operatoru” başlığı ilə təqdim etsinlər.

  • Daily6
  • Weekly601
  • Monthly242