Çap və poliqrafiya sahəsində təcrübəli, komanda idarəçiliyində bacarıqlı və nəticəyönümlü Müdir axtarırıq.
Vəzifə öhdəlikləri
- Şirkətin gündəlik fəaliyyətinin idarə olunması və iş proseslərinin koordinasiyası
- Çap, print və istehsal proseslərinin planlaşdırılması və nəzarətdə saxlanılması
- Komandanın iş bölgüsünün aparılması və fəaliyyətinin idarə edilməsi
- Sifarişlərin vaxtında və keyfiyyətli icrasına nəzarət
- Korporativ və fərdi müştərilərlə görüşlərin keçirilməsi və satış prosesində iştirak
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi
- Satış və istehsal planlarının hazırlanması və icrasının təmin edilməsi
- İş prosesində yaranan problemlərin operativ həlli və kriz vəziyyətlərinin idarə olunması
- Şirkətin inkişafı üçün yeni ideya və təkliflərin hazırlanması
- Dizayn və çap proseslərinin texniki xüsusiyyətlərini anlayaraq işə nəzarət
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Namizədə tələblər
- Kişi namizədlər
- 28–40 yaş aralığı
- Çap, poliqrafiya və ya print sahəsində minimum 3 il iş təcrübəsi
- Komanda idarə etmək bacarığı
- Güclü planlama və təşkilatçılıq qabiliyyəti
- Kriz və stresli vəziyyətlərdə operativ qərar qəbul etmək bacarığı
- Korporativ və fərdi satış sahəsində təcrübə
- Müştərilərlə düzgün kommunikasiya və danışıqlar aparmaq bacarığı
- Korporativ görüşlərdə iştirak və təqdimat aparmaq bacarığı
- Dizayn sahəsində praktiki təcrübə və çap məhsullarının hazırlanma prosesini anlamaq
- Liderlik və problem həll etmə bacarığı
- Nəticəyönümlü və məsuliyyətli yanaşma
- MS Office proqramları ilə işləmək bacarığı
İş şərtləri
- İş günləri: Həftə içi 6 gün
- İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00
- Şənbə: 10:00–16:00
- Əmək haqqı: 2500 AZN + bonus
Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini “Çap və poliqrafiya üzrə müdir” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etsinlər.