Vəzifə öhdəlikləri
- Instagram, TikTok, Facebook, WhatsApp və digər onlayn platformalar vasitəsilə daxil olan müraciətlərin cavablandırılması
- Yazılı ünsiyyət yolu ilə müştərilərin satışa yönləndirilməsi və sifarişlərin tamamlanması
- Müştəri suallarının operativ, nəzakətli və peşəkar şəkildə cavablandırılması
- Məhsulların düzgün təqdim olunması və satış həcminin artırılması
- Satış nəticələrinə dair hesabatların hazırlanması
Satış və sosial media dəstəyi
- Satış yönümlü sosial media məzmunlarının hazırlanmasında iştirak
- Post, story və video paylaşımları ilə satış prosesinə dəstək vermək
- Reklam və tanıtım məqsədli video çəkilişlərdə iştirak etmək
- Kamera qarşısında sərbəst çıxış etməyə hazır olmaq
İş qrafiki və şərtlər
- İş günləri: Bazar ertəsi – Cümə
- İş saatları: 09:00 – 18:00
- Həftə içi 5 gün ofisdə iştirak mütləqdir
- Şənbə və bazar günləri ofisə gəlmək tələb olunmur, lakin onlayn müraciətlərin cavablandırılması təmin edilməlidir
- Axşam saatlarında daxil olan mesajlara vaxtında reaksiya verilməsi gözlənilir
Namizədə tələblər
- Xanım namizədlərə üstünlük verilir
- Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə arzuolunandır
- Güclü yazılı ünsiyyət və inandırma bacarığı
- Sosial şəbəkələrlə aktiv işləmə bacarığı
- Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili biliyi üstünlükdür)
- Məsuliyyətli, diqqətli və satış nəticələrinə fokuslu olmaq
- Kamera qarşısında rahat davranmaq bacarığı
Əmək haqqı 1000 AZN (minimum bonus daxil olmaqla)
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.