Vəzifə öhdəlikləri:
- Daima Potensial müştəri axtarışında olmaq.
- Müştərilərin sifarişlərini qəbul etmək və işləmək, zəruri sənədləri tərtib etmək. Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasına nəzarət etmək.
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayıb Bölgə müdirinə yazılı surətdə təqdim etmək.
- Şirkət tərəfindən satılan məhsullarda müştərilərin ehtiyaclarını aydınlaşdırmaq və müştərilərlə sifarişləri tələblərinə və çeşidinin mövcudluğuna uyğunlaşdırmaq.
- Tərtib edilmiş müqavilələr üzrə malların alıcılarının ödəmələrinə nəzarət etmək.
- Tabeliyində olan problemli və bağlanma ehtimalı olan satış nöqtələrinin potensialını vaxtında müəyyən etmək və lazımlı tədbirlər görmək.
- Müştərilərin məhsulların keyfiyyəti və miqdarı ilə bağlı istəklərini və tələblərini tez bir zamanda cavablandırmaq, mümkün qədər tez səhvləri düzəltməyə çalışmaq.
- Müştəriləri çeşiddə dəyişikliklər, qiymətlərin artması və azaldılması barədə vaxtında məlumatlandırmaq.
Namizədə dair tələblər:
- Yaş həddi: 25-40
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Səlis Azərbaycan dili bilikləri
- Şəxsi avtomobil mütləqdir
- Müştərilərlə satışın reallaşdırılması bacarığı;
- Nəticəyönümlülük və punktuallıq
- Təşəbbüskarlıq və tələbkarlıq
Əlavə məlumatlar:
- 5 günlük iş rejimi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Ekspeditor” qeyd olunmaqla, göndərə bilərlər.