Əmək haqqı üzrə Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı üzrə Mühasib

  • Deadline 11 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması;
  • Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması;
  • Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Xanım namizədlərə üstünlük verilir
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi 
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
  • MS Office proqramlarını bilməli
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • Nahar şirkət tərəfindən verilir
  • İş qrafiki: 5 gün
  • Əmək haqqı: Razılaşma əsasında

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət et butonunda qeyd olunan elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə Mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504

  • Daily91
  • Weekly221
  • Monthly1487