Vəzifə öhdəlikləri
- Müştərilərin iş proseslərini və ehtiyaclarını öyrənmək, tələbləri toplamaq.
- Toplanmış tələbləri təhlil etmək və aydın şəkildə sənədləşdirmək.
- AI alətlərindən istifadə edərək texniki tapşırıqlar və proses təsvirləri hazırlamaq.
- Tapşırıqları AI-ya düzgün promptlarla izah etmək, alınan nəticələri yoxlamaq və təkmilləşdirmək.
- Proqramçılarla tələbləri dəqiqləşdirmək və tapşırıqların icrasını izləmək.
- Hazırlanmış funksionallıqların tələblərə uyğunluğunu yoxlamaq.
Namizədə tələblər
- Güclü məntiqi və analitik düşüncə, səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı.
- Proqramlaşdırmanın əsasları haqqında ilkin anlayış.
- Biznes prosesləri və onların bir-biri ilə əlaqəsi haqqında baza bilikləri.
- AI alətləri ilə rahat işləmək və düzgün promptlar vasitəsilə tapşırıqları yerinə yetirmək bacarığı.
- AI-nın təqdim etdiyi nəticələri qiymətləndirmək, səhv və çatışmazlıqları müəyyən etmək bacarığı.
- Fikrini şifahi və yazılı şəkildə aydın ifadə etmək.
- Öyrənməyə həvəs, diqqət və məsuliyyət.
- İş təcrübəsi məcburi deyil. Seçim zamanı namizədin məntiqi təfəkkürünə, problemi anlama və həll etmə bacarığına xüsusi önəm veriləcək.
İş şərtləri
- İş qrafiki: Bazar ertəsi–cümə, 10:00–18:00.
- Rəsmi əmək müqaviləsi.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
- Mentorluq və real layihələrdə praktiki təcrübə qazanmaq imkanı.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.