Kiçik (junior) İT Biznes Analitik

  • Deadline 20 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Müştərilərin iş proseslərini və ehtiyaclarını öyrənmək, tələbləri toplamaq.
  • Toplanmış tələbləri təhlil etmək və aydın şəkildə sənədləşdirmək.
  • AI alətlərindən istifadə edərək texniki tapşırıqlar və proses təsvirləri hazırlamaq.
  • Tapşırıqları AI-ya düzgün promptlarla izah etmək, alınan nəticələri yoxlamaq və təkmilləşdirmək.
  • Proqramçılarla tələbləri dəqiqləşdirmək və tapşırıqların icrasını izləmək.
  • Hazırlanmış funksionallıqların tələblərə uyğunluğunu yoxlamaq.

Namizədə tələblər

  • Güclü məntiqi və analitik düşüncə, səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı.
  • Proqramlaşdırmanın əsasları haqqında ilkin anlayış.
  • Biznes prosesləri və onların bir-biri ilə əlaqəsi haqqında baza bilikləri.
  • AI alətləri ilə rahat işləmək və düzgün promptlar vasitəsilə tapşırıqları yerinə yetirmək bacarığı.
  • AI-nın təqdim etdiyi nəticələri qiymətləndirmək, səhv və çatışmazlıqları müəyyən etmək bacarığı.
  • Fikrini şifahi və yazılı şəkildə aydın ifadə etmək.
  • Öyrənməyə həvəs, diqqət və məsuliyyət.
  • İş təcrübəsi məcburi deyil. Seçim zamanı namizədin məntiqi təfəkkürünə, problemi anlama və həll etmə bacarığına xüsusi önəm veriləcək.

İş şərtləri

  • İş qrafiki: Bazar ertəsi–cümə, 10:00–18:00.
  • Rəsmi əmək müqaviləsi.
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
  • Mentorluq və real layihələrdə praktiki təcrübə qazanmaq imkanı.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily94
  • Weekly329
  • Monthly1750