Vəzifə Öhdəliklərləri
- Java və Spring Boot əsasında yüksək performanslı, təhlükəsiz və genişlənə bilən back-end həllərin dizaynı və inkişafı
- RESTful API-lərin hazırlanması, sənədləşdirilməsi və mövcud sistemlərlə inteqrasiyası
- Texniki qərarların verilməsi, arxitektura yanaşmalarının müəyyənləşdirilməsi və layihələr üzrə standartların formalaşdırılması
- Back-end (Java / Spring Boot) və front-end (Angular) komandalarının texniki koordinasiyası
- Komandaya texniki rəhbərlik, mentorluq və gündəlik texniki dəstəyin göstərilməsi
- Kodların review edilməsi, kod keyfiyyətinə nəzarət, best practice-lərin tətbiqi
- Tapşırıqların texniki baxımdan düzgün bölüşdürülməsi, risklərin və vaxtın qiymətləndirilməsi
- Komanda üzvlərinin texniki inkişafı üçün tövsiyələr və konsultasiyalar vermək
- CI/CD proseslərinin qurulması və optimallaşdırılmasına texniki nəzarət (üstünlükdür)
- Scrum çərçivəsində sprint planlama, refinement və texniki müzakirələrdə aktiv iştirak
- Zəruri hallarda texniki lider kimi qərar verərək işlərin koordinasiyasını həyata keçirmək
Tələb olunan texniki bilik və təcrübə
- Minimum 5+ il Java və Spring Boot ilə real layihə təcrübəsi
- Mikroservis arxitekturası və REST API dizayn prinsipləri üzrə güclü bilik
- SQL əsaslı verilənlər bazaları (PostgreSQL və s.) ilə işləmə təcrübəsi
- Angular əsasları haqqında anlayış (Full-stack biliklər üstünlükdür)
- Git, branching strategiyaları və code review prosesləri ilə işləmə bacarığı
- CI/CD (GitLab CI, Jenkins və s.) anlayışı – üstünlükdür
- Yüksək məsuliyyət hissi, analitik düşüncə və qərarvermə bacarığı
- Komanda ilə effektiv ünsiyyət və liderlik bacarıqları
- İngilis dili – texniki sənədləri oxuyub anlama səviyyəsində
- Ali təhsil (İT və ya mühəndislik sahəsində – üstünlükdür)
Biz kim axtarırıq?
- Sadəcə kod yazan deyil, komandanın üzərində texniki lider olan
- Arxitektura və texniki istiqamət verə bilən
- Junior və Middle developer-lərin inkişafına real töhfə verən
- Məsuliyyətli, sistemli və nəticəyönümlü düşünən peşəkar
İş Şərtləri
- İş qrafiki: B.e.–Cümə, 09:00–17:00
- Əmək müqaviləsi: Rəsmi
- Əməkhaqqı: Müsahibə zamanı təyin ediləcək
Biz nə təklif edirik?
- Real layihələr üzərində işləmək imkanı
- Mehriban və peşəkar komanda
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.