İş barədə məlumat:
- Sektor: Avtomobil ehtiyat hissələri satisi və filtrlərinin istehsalı
- Şirkət: Yerli istehsalçı firma
- İş yeri: Bakı – Biləcəri
- İş rejimi: Ofisdən, tam ştat
- Təcrübə: 2–5 il
Ümumi tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil (Statistika, İqtisadiyyat, Biznesin idarə olunması, İdarəetmə İnformasiya Sistemləri və s.)
- Avtomobil sektorunda və ya oxşar sahədə 2–5 il iş təcrübəsi
- LOGO ERP proqramı üzrə yaxşı səviyyədə bilik və praktiki təcrübə
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli
- Analitik düşünmə qabiliyyəti, rəqəmlərlə işləmək bacarığı
- Hesabatların hazırlanması və məlumatların təhlili üzrə təcrübə
- Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Satış və əməliyyat məlumatlarının LOGO sistemi üzərindən analizi
- Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanması
- Məlumatların sistemə düzgün daxil edilməsi və çıxarılması
- Mövcud hesabatların təkmilləşdirilməsi, yeni hesabat formalarının hazırlanması
- Rəhbərlik üçün analitik hesabatların və təqdimatların hazırlanması
- Məlumatların düzgünlüyünə və uyğunluğuna nəzarət
Təklif edirik:
- Yerli istehsalçı firmada stabil iş mühiti
- Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı
- Dinamik və işgüzar komanda
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.