AZ FILTER MMC avtomobil, sənaye və xüsusi texnika üçün filtr məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən yerli istehsal şirkətidir. Şirkət komandasına peşəkar Satınalma Mütəxəssisi dəvət edir.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam iş günü
- Əməkhaqqı: Müsahibə əsasında
Əsas vəzifə öhdəlikləri
- Yerli və xarici bazarlarda potensial istehsalçı və təchizatçıların araşdırılması.
- Alternativ istehsalçıların müəyyən edilməsi və təchizatçı bazasının genişləndirilməsi.
- RFQ hazırlanması və qiymət təkliflərinin toplanması.
- Qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və logistika xərclərinin müqayisəli təhlili.
- Təchizatçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması.
- Purchase Order hazırlanması və icrasına nəzarət.
- İdxal və logistika proseslərinin koordinasiyası.
- Anbar ehtiyatlarının monitorinqi və minimum stok səviyyəsinin təmin olunması.
- Satınalma xərclərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
- Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər
- Xanım namizədlərə üstünlük veriləcək
- Ali təhsil.
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dili sərbəst, İngilis dili minimum B1, Rus dili üstünlükdür.
- MS Excel proqramını yaxşı səviyyədə bilmək.
- Analitik düşünmə və güclü danışıqlar bacarığı.
- LOGO programını bilmək üstünlükdür
Üstünlük veriləcək namizədlər
- Birbaşa istehsalçılarla işləmək təcrübəsi.
- Xarici satınalma və idxal əməliyyatları.
- Incoterms 2020 biliyi.
- Supplier evaluation, vendor management və cost analysis təcrübəsi.
- Satınalma proseslərinin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təşəbbüskar yanaşma.
Biz təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı.
- Peşəkar inkişaf və karyera imkanları.
- Stabil və müasir iş mühiti.
CV-nizi "Satınalma Mütəxəssisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.