Satınalma Mütəxəssisi (Procurement Specialist)

  • Истекает 31 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

AZ FILTER MMC avtomobil, sənaye və xüsusi texnika üçün filtr məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən yerli istehsal şirkətidir. Şirkət komandasına peşəkar Satınalma Mütəxəssisi dəvət edir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Tam iş günü
  • Əməkhaqqı: Müsahibə əsasında

Əsas vəzifə öhdəlikləri

  • Yerli və xarici bazarlarda potensial istehsalçı və təchizatçıların araşdırılması.
  • Alternativ istehsalçıların müəyyən edilməsi və təchizatçı bazasının genişləndirilməsi.
  • RFQ hazırlanması və qiymət təkliflərinin toplanması.
  • Qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və logistika xərclərinin müqayisəli təhlili.
  • Təchizatçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması.
  • Purchase Order hazırlanması və icrasına nəzarət.
  • İdxal və logistika proseslərinin koordinasiyası.
  • Anbar ehtiyatlarının monitorinqi və minimum stok səviyyəsinin təmin olunması.
  • Satınalma xərclərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
  • Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • Xanım namizədlərə üstünlük veriləcək
  • Ali təhsil.
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan dili sərbəst, İngilis dili minimum B1, Rus dili üstünlükdür.
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək.
  • Analitik düşünmə və güclü danışıqlar bacarığı.
  • LOGO programını bilmək üstünlükdür

Üstünlük veriləcək namizədlər

  • Birbaşa istehsalçılarla işləmək təcrübəsi.
  • Xarici satınalma və idxal əməliyyatları.
  • Incoterms 2020 biliyi.
  • Supplier evaluation, vendor management və cost analysis təcrübəsi.
  • Satınalma proseslərinin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təşəbbüskar yanaşma.

Biz təklif edirik

  • Rəqabətqabiliyyətli əməkhaqqı.
  • Peşəkar inkişaf və karyera imkanları.
  • Stabil və müasir iş mühiti.

CV-nizi "Satınalma Mütəxəssisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily99
  • Weekly530
  • Monthly2797