Vəzifə öhdəlikləri:
- Satmalı olduğu BÜTÜN məhsulları ilk öncə özü tanımalı, potensial və cari müştərilərə tanıtmalı
- Satış menecerləri adına təhkim olunmuş bütün müştəriləri tanımalı, qərarverici şəxs, nömrəsi və obyektin yeri
- Bazarın müştəriləri ilə ilk kontaktdan etibarən malın satışını, təhvilini, üzləşdirməni həyata keçirmək
- Məhsulların bazar durumu ilə bağlı bazar araşdırmalarının aparılması
- RUT üzrə bütün müştərilərin gündəlik, həftəlik və aylıq ziyarət olunması və birbaşa rəhbərinə hesabat vermək
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Birbaşa rəhbəri tərəfindən qoyulan planların (həm sifariş, həm tahsilat) vaxtında icra olunması və qarşıya qoyulan satış hədəflərinin həyata keçirilməsi;
- Yeni maşın, texnikalar və s olduqda onların nümunə, OM number və s məlumatlarını bazardan araşdırıb satış rəhbərinə (yeni çeşidlərin yaradılması üçün) məlumat vermək;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin TAM məlumatlandırılması;
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması; (endirim, say və s)
- Satış üçün lazım olan müqavilə, faktura və s sənədlərin müştərilərə təhvil verilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı müxtəlif təkliflərin verilməsi; (Upsell və Crossell icra olunması)
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satışa təyin edilmiş hədəflərə çatmaq;
- Gündəlik görülən işlərlə bağlı hər günü ayrı “GoogleSheet”ə işləmək
- Müştəri borclarının vaxtı vaxtında yığılması üçün gündəlik, həftəlik və aylıq izləmə və borcunu ödəyə bilməyən müştərilərdən vaxtında məhsulların yığılıb anbara təhvil verilməsi
Qeyd: İş yeri Quba rayonundadır, seçilmiş namizədlərə ətraflı məlumat veriləcək.
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış meneceri” adını qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.