Az - Granata LLC Az - Granata LLC
  • 670

Logistika üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Logistika üzrə menecer

  • Deadline 16 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəyə aid öhdəliklər:

  • Alkoqollu və şirə məhsullarının logistika işinin təşkil edilməsi;
  • Daşımaların planlaşdırılması və nəqliyyat vasitələrinin koordinasiyası;
  • Sürücülərlə qarşılıqlı əlaqə, tərtib olunmuş marşrutların onlara ötürülməsi;
  • Təchizatçılar və podratçılarla əlaqələrin idarə olunması;
  • Logistika xərclərinin analizi və optimallaşdırılması yollarının hazırlanması;
  • Məhsulların daşınması üçün optimal marşrutların hazırlanması;
  • Optimal logistika zəncirlərinin hazırlanması; yükləmə-boşaltma işlərinin təşkili və nəzarəti;
  • Daşınma sənədlərinin (faktura, sifariş formaları və s.) düzgün tərtibinə nəzarət;
  • Məhsulların vaxtında və təhlükəsiz çatdırılmasına nəzarət;
  • Hesabatların hazırlanması, aidiyyatı şöbələrə və rəhbərliyə təqdim edilməsi;
  • Yük və məhsul hərəkətinin sistemdə qeydiyyatının aparılması, hesabatların hazırlanması;
  • Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi;
  • Sifarişin həcminə uyğun araşdırmaların aparılması və kənar nəqliyyat şirkətinin daşınmaya cəlb edilməsi;
  • Bazar qiymətlərinin monitorinqinin aparılması, güvənli yerli logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
  • Güclü təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
  • Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışmaq, rus dilində ünsiyyət bacarığı üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel); 
  • Məsuliyyətlilik, operativlik, komandada işləmək və analiz etmək bacarığı.

İş şəraiti:

  • İş yeri – Ağsu şəhəri;
  • Həftə içi 5 günlük iş qrafiki; 
  • Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Logistika üzrə Menecer" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily1
  • Weekly491
  • Monthly1670