Az - Granata LLC Az - Granata LLC
  • 283

NƏQLİYYAT ÜZRƏ DİSPETÇER

  • Deadline 14 November 2026

Vəzifəyə aid öhdəliklər:

 

· Müəssisənin nəqliyyat vasitələrinin gündəlik hərəkətini, iş qrafikini və marşrutlarını planlaşdırmaq və koordinasiya etmək;

· Nəqliyyat vasitələrini təyinatlar üzrə bölüşdürmək və sürücülərə gündəlik tapşırıqlar vermək;

· Sürücülərin işə çıxışını və tapşırıqların vaxtında icrasını izləmək;

· Nəqliyyat vasitələrinin yüklənmə-boşaldılma prosesini və təyinat məntəqələrinə vaxtında çatdırılmasını koordinasiya etmək;

· Marşrutlar üzrə gecikmə, nasazlıq və digər problemləri operativ şəkildə həll etmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;

· Yanacaq sərfiyyatı, yürüş, yol vərəqələri və digər nəqliyyat məlumatlarının uçotunu aparmaq və hesabatlar hazırlamaq;

· Nəqliyyat vasitələrinin texniki baxış və təmir proseslərini aidiyyəti şəxslərlə koordinasiya etmək;

· Sürücülər üçün elektron sistemlərdə etibarnamələrin hazırlanmasını təmin etmək və nəqliyyat vasitələrinin səmərəli istifadəsinə nəzarət etmək.

 

Namizədə tələblər:

 

·      Ali və ya orta ixtisas təhsili; logistika, nəqliyyat, idarəetmə və ya müvafiq sahə üzrə təhsil üstünlükdür.

·      Nəqliyyat və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi.

·      Nəqliyyat vasitələrinin, marşrutların və sürücülərin işinin koordinasiyası üzrə praktiki biliklər.

·      Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.

·      MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı.

·      Operativ qərar qəbul etmək və yaranan problemləri çevik həll etmək bacarığı.

·      Sürücülərlə və digər struktur bölmələrlə düzgün kommunikasiya qurmaq bacarığı.

·      Yüksək məsuliyyətlilik, diqqətlilik və intizamlılıq.

·      Stressli və intensiv iş şəraitində işləmək bacarığı.

·      GPS/nəqliyyat izləmə sistemləri ilə işləmək bacarığı üstünlükdür.

·      Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin anlayışın olması üstünlükdür.

 

İş şəraiti:

·       İş yeri – Ağsu şəhəri;

·       Həftə içi 5 günlük iş qrafiki;

·       Ağsu şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir;

·       Gecələmə və qidalanma şirkət tərəfindən qarşılanmır;

·       Əmək haqqı 900 – 1,000 Azn aralığındadır. Dəqiq məbləğ namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.

 

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Nəqliyyat üzrə Dispetçer" yazmaqla [email protected] ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily119
  • Weekly441
  • Monthly1296