Vəzifəyə aid öhdəliklər:
· Müəssisənin nəqliyyat vasitələrinin gündəlik hərəkətini, iş qrafikini və marşrutlarını planlaşdırmaq və koordinasiya etmək;
· Nəqliyyat vasitələrini təyinatlar üzrə bölüşdürmək və sürücülərə gündəlik tapşırıqlar vermək;
· Sürücülərin işə çıxışını və tapşırıqların vaxtında icrasını izləmək;
· Nəqliyyat vasitələrinin yüklənmə-boşaldılma prosesini və təyinat məntəqələrinə vaxtında çatdırılmasını koordinasiya etmək;
· Marşrutlar üzrə gecikmə, nasazlıq və digər problemləri operativ şəkildə həll etmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
· Yanacaq sərfiyyatı, yürüş, yol vərəqələri və digər nəqliyyat məlumatlarının uçotunu aparmaq və hesabatlar hazırlamaq;
· Nəqliyyat vasitələrinin texniki baxış və təmir proseslərini aidiyyəti şəxslərlə koordinasiya etmək;
· Sürücülər üçün elektron sistemlərdə etibarnamələrin hazırlanmasını təmin etmək və nəqliyyat vasitələrinin səmərəli istifadəsinə nəzarət etmək.
Namizədə tələblər:
· Ali və ya orta ixtisas təhsili; logistika, nəqliyyat, idarəetmə və ya müvafiq sahə üzrə təhsil üstünlükdür.
· Nəqliyyat və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi.
· Nəqliyyat vasitələrinin, marşrutların və sürücülərin işinin koordinasiyası üzrə praktiki biliklər.
· Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
· MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı.
· Operativ qərar qəbul etmək və yaranan problemləri çevik həll etmək bacarığı.
· Sürücülərlə və digər struktur bölmələrlə düzgün kommunikasiya qurmaq bacarığı.
· Yüksək məsuliyyətlilik, diqqətlilik və intizamlılıq.
· Stressli və intensiv iş şəraitində işləmək bacarığı.
· GPS/nəqliyyat izləmə sistemləri ilə işləmək bacarığı üstünlükdür.
· Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin anlayışın olması üstünlükdür.
İş şəraiti:
· İş yeri – Ağsu şəhəri;
· Həftə içi 5 günlük iş qrafiki;
· Ağsu şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir;
· Gecələmə və qidalanma şirkət tərəfindən qarşılanmır;
· Əmək haqqı 900 – 1,000 Azn aralığındadır. Dəqiq məbləğ namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Nəqliyyat üzrə Dispetçer" yazmaqla [email protected] ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.