Vəzifəyə aid öhdəliklər:
- Firma mağazasını təyin olunmuş vaxtda açmaq, avadanlıqları (kassa aparatı, kompüter, kondisioner və s.) işə salmaq;
- Vitrinlər və soyuducularda yaranan boşluqları doldurmaq və səliqə-səhman işləri aparmaq;
- Müştərilərlə nəzakətli davranış qaydalarına riayət etmək, onları məhsullar haqqında ətraflı məlumatlandırmaq, satışı həyata keçirmək;
- Satılan məhsulları kassa aparatına vurmaq və gün sonu hesabatı çıxarıb, mağaza müdirinə təqdim etmək;
- Mal qəbulu zamanı gələn fakturaları kompüterə daxil edib, dəyişiklikləri izləmək;
- İş vaxtının sonu mağazanı qaydasında təhvil vermək;
- Yarana biləcək sorğuları mağaza müdiri ilə müzakirə etmək, mağaza müdiri tərəfindən ona verilmiş qanuni göstəriş və təlimatlara riayət etmək;
- Satışa aid digər vəzifə öhdəliklərini yerinə yetirmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
- Yaş aralığı: 23-35;
- Səlis danışıq qabiliyyəti;
- Kommunikasiya qurma bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- MS Word proqramında işləmək bacarığı üstünlükdür;
- Məsuliyyətlilik və komandada işləmək bacarığı.
İş şəraiti:
- Həftə içi 6 günlük iş qrafiki;
- İş qrafiki: 09:00 – 16:00;
- Əmək haqqı: 600 – 700 Azn aralığındadır;
- Əmək haqqına əlavə olaraq, satış həcminə uyğun bonus sistemi mövcuddur.
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Satıcı" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.