Az - Granata LLC Az - Granata LLC
  • 152

Satıcı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satıcı

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəyə aid öhdəliklər:

  • Firma mağazasını təyin olunmuş vaxtda açmaq, avadanlıqları (kassa aparatı, kompüter, kondisioner və s.) işə salmaq;
  • Vitrinlər və soyuducularda yaranan boşluqları doldurmaq və səliqə-səhman işləri aparmaq;
  • Müştərilərlə nəzakətli davranış qaydalarına riayət etmək, onları məhsullar haqqında ətraflı məlumatlandırmaq, satışı həyata keçirmək;
  • Satılan məhsulları kassa aparatına vurmaq və gün sonu hesabatı çıxarıb, mağaza müdirinə təqdim etmək;
  • Mal qəbulu zamanı gələn fakturaları kompüterə daxil edib, dəyişiklikləri izləmək;
  • İş vaxtının sonu mağazanı qaydasında təhvil vermək;
  • Yarana biləcək sorğuları mağaza müdiri ilə müzakirə etmək, mağaza müdiri tərəfindən ona verilmiş qanuni göstəriş və təlimatlara riayət etmək;
  • Satışa aid digər vəzifə öhdəliklərini yerinə yetirmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Yaş aralığı: 23-35;
  • Səlis danışıq qabiliyyəti;
  • Kommunikasiya qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür;
  • MS Word proqramında işləmək bacarığı üstünlükdür; 
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Həftə içi 6 günlük iş qrafiki;
  • İş qrafiki: 09:00 – 16:00; 
  • Əmək haqqı: 600 – 700 Azn aralığındadır;
  • Əmək haqqına əlavə olaraq, satış həcminə uyğun bonus sistemi mövcuddur.

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Satıcı" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily0
  • Weekly363
  • Monthly844