Az - Granata LLC Az - Granata LLC
  • 328

Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi

  • Deadline 21 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik gələn ilkin tələbnamələrin yoxlamaq, analiz etmək və bazar araşdırılması etmək və müvafiq tədarükçülərə məhsullar üzrə sorğular yönləndirmək;
  • Tədarük prosesi ilə əlaqədar əldə edilmiş paket sənədləri (müqavilə, qiymət razılaşma protokolu, hesab faktura, təvhil-təslim aktı, qüsur aktı və.s)  Mhüasibatlıq şöbəsinə təqdim etmək.
  • Müvafiq ödəniş həyata keçdikdən sonra alınan malların müvafiq anbarlara göndərilməsini həyata keçirmək;
  • Həftəlik alış siyahısı hazırlamaq və departamentin direktoruna təqdim etmək;
  • Aylıq nağd hesablaşmalara dair əməliyyatları təsdiq edən sənədlər paketini (mədaxil və məxaric qəbzi və.s) Mühasibatlıq şöbəsinə təqdim etmək;
  • Tələbnamələrin spesifikasiyasını müəyyənləşdirmək və müvafiq hərəkətlər görmək;
  • Təsdiq edilmiş tədarükçülərin siyahısını tərtib etmək və departament rəhbərinə təqdim etmək;
  • Tələb edilən malların zəruriliyinin araşdırılması və Cəmiyyətin aidiyyatı struktur vahidlərini həmin mallarla təmin edilmənin təcililik həddini öyrənmək;
  • Tədarükçülərdən göndərilmiş həftəlik qiymət razılaşmalarını izləmək;
  • Sifariş edilən məhsulların vaxtında göndərilməsinə və qəbuluna nəzarət etmək;
  • Yeni, qiymətcə daha sərfəli əvəzedici məhsulların bazarda araşdırılmasını həyata keçirmək;
  • Bazarlara daim getmək və tapılmayan və ya tapılması çətin olan məhsullar barədə məlumatları aidiyyatı struktur bölməyə yönləndirmək;
  • Açıqlanması Cəmiyyətə zərər verə bilən digər kommersiya və xidməti məlumatların qorunmasını təmin etmək;
  • Tabe olduğu məsul şəxsin göstərişlərinə vaxtında və kefiyyətlə riayət etmək, görülmüş işlərə dair günlük, həftəlik və ya aylıq hesabatlar təqdim etmək.

Tələblər:

  • Təchizat, logistika üzrə ali təhsil;
  • Əlaqəli sahədə 4 ildən artıq iş təcrübəsi;
  • Nəqliyyat vasitələrinə aid alışlarda (ehtiyyat hissələri və s.) bilik və təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
  • Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti. Rus və ingilis dili bilərlərə üstünlük veriləcəkdir;
  • Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.

İş şəraiti:

  • 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir)
  • Əmək haqqı: 1400-1600 Azn aralığındadır.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

  • Daily0
  • Weekly374
  • Monthly2051