Vəzifəyə aid öhdəliklər:
- Instagram/TikTok/Facebook səhifələrinin idarə olunması;
- Aylıq kontentin hazırlanması (AZE/RUS);
- Sorğuların cavablandırılması;
- Fotosessiya və qrafik postların hazırlanması;
- Marka ilə bağlı qısa bloqların hazırlanması;
- Şərab günlərindən hekayələr paylaşmaq;
- Xüsusi qonaqlarla istehsal müəssisəsinə (Region) səfər edib, çəkilişlər edilməsi;
- Hədəfli (target) reklamların qurulması və idarə edilməsi;
- Aylıq hesabatların hazırlanması.
Namizədə tələblər:
- Ali təhsil (istənilən sahədə);
- Yaş həddi: 21-35 aralığında olması arzuolunandır;
- Minimum 6 ay təcrübə;
- Ezamiyyətlərə getmək imkanı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- İş vaxtı tam ştat olduğu üçün əyani təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil.
Əmək şəraiti və şərtləri
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/25;
- Əmək haqqı: 500 Azn (ələ çatan);
AZGRANATA MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə karyera yüksəlişi imkanı;
- Danışıq paketi ilə korporativ nömrə;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlərdə iştirak;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.