Xarici Satınalma üzrə köməkçi

  • Deadline 19 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Tədarükçülərlə və logistika şirkətləri ilə yazışmaların aparılması;
  • Qiymət sorğularının (RFQ) hazırlanması və göndərilməsi;
  • Tədarükçü və logistika şirkətlərdən qiymət təkliflərinin alınması, müqayisə edilməsi və sistemləşdirilməsi;
  • Xaricdən gətirilən yüklərə aid sənədlərin hazırlanması və yoxlanılması;
  • Sifarişlərin, qiymət təkliflərinin və yazışmaların elektron bazada arxivləşdirilməsi və izlənilməsi;
  • Tədarükçülərlə və logistika şirkətləri ilə qiymət, ödəniş şərtləri və çatdırılma müddətləri üzrə ilkin danışıqların aparılması;
  • Satınalma prosesi ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
  • Sifarişlərin icra vəziyyətinin və çatdırılma müddətlərinin izlənilməsi;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər satınalma əməliyyatlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində rəsmi yazışma və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyinə üstünlük verilir;
  • MS Office proqramları, xüsusilə Excel, Word və Outlook proqramları ilə işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və məlumatlarla dəqiq işləmək bacarığı;
  • Ünsiyyət və təşkilatçılıq bacarıqları, komanda ilə işləmək bacarığı;
  • Yeni bilikləri tez mənimsəmək və peşəkar inkişaf etmək istəyi;
  • İş təcrübəsi: 0–6 ay.

Qeyd:

  • Vəzifə üzrə iş təcrübəsi tələbi 0–6 ay olduğundan, iş prosesləri və vəzifə öhdəlikləri işə qəbuldan sonra əməkdaşa öyrədiləcək. Namizəddən yeni bilikləri tez mənimsəmək, öyrəndiklərini praktikada tətbiq etmək və iş proseslərinə çevik uyğunlaşmaq bacarığı gözlənilir.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (şənbə və bazar günləri istirahət);
  • Əmək haqqı: 500–600 AZN.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily101
  • Weekly233
  • Monthly1656