Şirkətimiz komandamıza qoşulmaq üçün təcrübəli və məsuliyyətli Tender və Satınalma Mütəxəssisi axtarır.
Namizədə dair tələblər
- Tender və satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
- Dövlət və özəl satınalma prosedurları üzrə biliklər;
- Tender sənədlərinin hazırlanması və təqdim edilməsi təcrübəsi;
- Təkliflərin hazırlanması, qiymət araşdırılması və müqayisəsi bacarığı;
- Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq qurmaq bacarığı;
- Satınalma müqavilələri və müvafiq sənədlərlə işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək;
- Analitik düşünmə, operativlik və yüksək məsuliyyətlilik.
Əsas vəzifələr:
- Dövlət və özəl tenderlərdə iştirakın təşkili;
- Tender sənədlərinin hazırlanması və vaxtında təqdim edilməsi;
- Satınalma ehtiyaclarının müəyyənləşdirilməsi;
- Təchizatçıların araşdırılması və qiymət təkliflərinin toplanması;
- Ən uyğun qiymət və keyfiyyət şərtlərinin müəyyən edilməsi;
- Satınalma prosesinin başlanğıcdan sona qədər idarə olunması.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.