Vəzifə öhdəlikləri:
- Müəssisədə elektrik avadanlıqlarının daim işlək vəziyyətdə olmasını təmin etmək.
- İstehsal xətlərinin fasiləsiz fəaliyyətinə və avadanlıqların düzgün idarə olunmasına nəzarət etmək.
- Avadanlıqların mexaniki və elektrik hissələrinin texniki sazlığını təmin etmək.
- Elektrik nasazlıqlarını vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq.
- Yeni avadanlıqların quraşdırılması və işə salınmasını həyata keçirmək.
- Texniki sənədləşdirmə və hesabatları hazırlamaq.
- İstehsalat proseslərində enerjidən səmərəli istifadəni təmin etmək.
Təhsil və təcrübə tələbləri:
- Elektrik mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali və ya müvafiq ixtisas təhsili.
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
Texniki bilik və bacarıqlar:
- Elektrik sxemlərini oxumaq və hazırlamaq bacarığı.
- Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı.
- Aşağı və yüksək gərginlikli elektrik qurğuları ilə işləmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi.
Əlavə məlumatlar:
- Nahar şirkət tərəfindən təmin edilir.
- Servis xidməti mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.