AZ Logistika and Management Services AZ Logistika and Management Services
  • 323

AZ Logistika and Management Services

Hava yükləri və logistika

Yük maşınları üçün ehtiyat hissələrinin təchizatı sahəsində təcrübəli mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yük maşınları üçün ehtiyat hissələrinin təchizatı sahəsində təcrübəli mütəxəssis

  • Deadline 5 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Sifarişlərin qəbulu, çeşidlənməsi, təhlili, şirkətin təchizat mütəxəssislərinə tapşırılması;
  • Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
  • Malların qeydiyyatının aparılması

Tələblər

  • Ali təhsilli
  • Azərbaycan və rus dillərində əla səviyyədə danışıq qabiliyyəti;
  • Kompyuter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
  • İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; (nəqliyyatda təcrübəsi mütləqdir)
  • Fərdi keyfiyyətlər: məsuliyyət, idarəçilik, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

İş şəraiti

  • 6 günlük iş norması 
  • Nahar şirkət tərəfindən verilir.
  • İş yerinə çatdırılma üçün servis mövcuddur
  • Əmək haqqı : razılaşma əsasında
  • İş yeri: Qaradağ r-nu, Salyan şossesi, 32 km

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily110
  • Weekly555
  • Monthly555