Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 5 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat

  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı).
  • İş qrafiki: 6 günlük iş həftəsi.
  • Əmək haqqı: 1000 – 1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq).

Vəzifə öhdəlikləri

  • Vergi və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi prosedurları barədə məlumatlı olmaq;
  • New-e-taxes, E-gov.az və digər dövlət portallarından sərbəst şəkildə istifadə edərək müvafiq əməliyyatların aparılması;
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
  • Əməkhaqqı, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (bülleten) ilə bağlı hesablamaların aparılması və tərtib edilməsi;
  • Gündəlik e-qaimə, hesab-faktura və digər xərc sənədlərinin yazılması və yoxlanılması;
  • Debitor və kreditor borclarının uçotunun aparılması və onlara daimi nəzarət edilməsi;
  • Gömrük bəyannamələri ilə sərbəst şəkildə işləmək;
  • 1C proqramına məlumatların operativ daxil edilməsi və digər əməkdaşlar tərəfindən daxil edilən məlumatların yoxlanılması.

Namizədə dair tələblər

  • Təhsil: Ali təhsil (Texniki ali təhsilin olması üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübənin olması böyük üstünlükdür);
  • Kompüter bilikləri: 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı (mütləqdir);
  • Sertifikat: ACCA F3 sertifikatının olması üstünlükdür;
  • Vergi məcəlləsi, əmək məcəlləsi və mühasibat uçotu standartlarını bilmək;
  • Dəqiqlik, detallara diqqət və məsuliyyətlilik.

Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly0
  • Monthly400