İş şəraiti
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı);
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş günü);
- Sınaq müddəti: 1 - 3 ay (30-90 gün);
- Sınaq müddətində əmək haqqı: 300 AZN;
- Sınaq müddətindən sonra əmək haqqı: 700 AZN + satışdan bonus.
Əsas öhdəliklər:
- Müştəri müraciətlərinin (zəng, WhatsApp, e-mail) qəbulu və ehtiyacların satış menecerinə yönləndirilməsi;
- Məhsullar barədə müştəriyə ilkin məlumatın təqdim edilməsi;
- Kommersiya təklifləri və satış sənədlərinin hazırlanması;
- Satış komandasına gündəlik işlərdə dəstək və tapşırıqların icrası.
Namizədə tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- Yaş həddi: 24 - 34 yaş;
- Satış, müştəri xidməti və ya kommersiya sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində sərbəst və düzgün şifahi/yazılı ünsiyyət bacarığı (Rus və/və ya İngilis dili biliyi üstünlükdür);
- MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı;
- CRM və digər satış sistemlərini öyrənməyə, istifadə etməyə həvəsli olmaq;
- Müştərilərlə nəzakətli, inamlı və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Eyni anda bir neçə iş prosesini idarə etmək (multitasking), məsuliyyətlilik, operativlik və detallara diqqət;
- Öyrənməyə açıq, təşəbbüskar və nəticəyönümlü olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Satış assistenti" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.