Azaqrotaxıl MMC Azaqrotaxıl MMC
  • 202

Audit şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Audit şöbəsinin rəhbəri

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşçiyə qoyulan tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
  • Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
  • Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
  • Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
  • CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir;

Vəzifə öhdəlikləri:

  • Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək; 
  • Şirkətin bütün struktur bölmələrində daxili audit yoxlamalarını planlaşdırmaq və həyata keçirilməsini təmin etmək; 
  • Audit planlarının icrasına nəzarət etmək və audit proseslərini koordinasiya etmək; 
  • Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək; 
  • Maliyyə, satınalma və təchizat, satış şöbələri və regionlar üzrə əməliyyat, maliyyə və uyğunluq risklərinin kompleks qiymətləndirilməsini həyata keçirmək; 
  • Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək; 
  • Audit nəticələri üzrə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və müvafiq tövsiyələr vermək; 
  • Daxili audit komandasını idarə etmək, fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək; 
  • Ezamiyyətlər çərçivəsində regionlarda (Ağcabədi, Biləsuvar, Sabirabad) audit yoxlamalarını həyata keçirmək; 
  • Qanunvericiliyə və daxili qaydalara uyğunluğun təmin olunması məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq; 
  • Şirkət fəaliyyətinin səmərəliliyinin artırılması, risklərin azaldılması və proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək. 

İş şərtləri: 

  • Əmək haqqı razılaşma əsasında;
  • Xidməti nəqliyyat vasitəsi, nahar və korporativ nömrə ilə təmin edilir. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Audit şöbəsinin rəhbəri” qeyd etməklə göndərməyiniz xahiş edilir. 

  • Daily7
  • Weekly706
  • Monthly1090