İşçiyə qoyulan tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
- Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
- Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
- Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
- CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir;
Vəzifə öhdəlikləri:
- Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək;
- Şirkətin bütün struktur bölmələrində daxili audit yoxlamalarını planlaşdırmaq və həyata keçirilməsini təmin etmək;
- Audit planlarının icrasına nəzarət etmək və audit proseslərini koordinasiya etmək;
- Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək;
- Maliyyə, satınalma və təchizat, satış şöbələri və regionlar üzrə əməliyyat, maliyyə və uyğunluq risklərinin kompleks qiymətləndirilməsini həyata keçirmək;
- Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Audit nəticələri üzrə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və müvafiq tövsiyələr vermək;
- Daxili audit komandasını idarə etmək, fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək;
- Ezamiyyətlər çərçivəsində regionlarda (Ağcabədi, Biləsuvar, Sabirabad) audit yoxlamalarını həyata keçirmək;
- Qanunvericiliyə və daxili qaydalara uyğunluğun təmin olunması məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq;
- Şirkət fəaliyyətinin səmərəliliyinin artırılması, risklərin azaldılması və proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək.
İş şərtləri:
- Əmək haqqı razılaşma əsasında;
- Xidməti nəqliyyat vasitəsi, nahar və korporativ nömrə ilə təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Audit şöbəsinin rəhbəri” qeyd etməklə göndərməyiniz xahiş edilir.