İşçiyə qoyulan tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
- Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
- Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
- Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
- CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir;
Vəzifə öhdəlikləri:
- İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi və daxili audit hesabatının hazırlanması;
- Risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi;
- Zərurət yarandıqda plandankənar audit yoxlamalarının icrası.
- Daxili audit prosedurları ilə bağlı digər tapşırıqların icra edilməsi.
İş şərtləri:
- Əmək haqqı razılaşma əsasında;
- 5 günlük iş qrafiki;
- Nahar və korporativ nömrə ilə təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Daxili audit üzrə mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş edilir.