Azaqrotaxıl MMC Azaqrotaxıl MMC
  • 604

Daxili audit üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili audit üzrə mütəxəssis

  • Deadline 21 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşçiyə qoyulan tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
  • Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
  • Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
  • Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
  • CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir;

Vəzifə öhdəlikləri:

  • İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi və daxili audit hesabatının hazırlanması;
  • Risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi; 
  • Zərurət yarandıqda plandankənar audit yoxlamalarının icrası. 
  • Daxili audit prosedurları ilə bağlı digər tapşırıqların icra edilməsi.

İş şərtləri: 

  • Əmək haqqı razılaşma əsasında;
  • 5 günlük iş qrafiki;
  • Nahar və korporativ nömrə ilə təmin edilir. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Daxili audit üzrə mütəxəssis qeyd etməklə göndərməyiniz xahiş edilir. 

  • Daily79
  • Weekly203
  • Monthly2513