Əsas vəzifə öhdəlikləri:
· Anbara daxil olan material və avadanlıqların qəbulunu həyata keçirmək və sənədlərə uyğunluğunu yoxlamaq
· Materialların düzgün şəkildə yerləşdirilməsi, saxlanması və qorunmasını təmin etmək
· Anbar üzrə giriş və çıxış əməliyyatlarını tələbnamələr və qaimələr əsasında aparmaq
· Anbar uçotunu (gündəlik qalıqlar, mədaxil və məxaric) dəqiq şəkildə aparmaq
· Elektron uçot sistemlərində (Excel, 1C və s.) məlumatları vaxtında yeniləmək
· Materialların itki, zədələnmə və düzgün istifadə olunmasına nəzarət etmək
· Anbarın səliqə-sahmanını və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
· Rəhbərliyə gündəlik və aylıq anbar hesabatlarını təqdim etmək
· Tikinti materiallarının və avadanlıqların layihə üzrə sərfiyyatına nəzarət etmək
Namizədə dair tələblər
- Orta və ya ali təhsil
- Tikinti sahəsində anbar və ya material uçotu üzrə minimum 1–3 il iş təcrübəsi
- MS Excel və anbar proqramlarında (1C, ERP və s.) işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və diqqətli olmaq
- Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı
Məsuliyyət
· Tikinti materiallarının (sement, armatur, beton, metal konstruksiya və s.) qəbul və təhvil prosesinin aparılması
· Materialların layihə üzrə düzgün uçotunun və hərəkətinin təmin edilməsi
· Anbara daxil olan malların miqdar və keyfiyyət baxımından yoxlanılması
· Materialların sahəyə verilməsi və sərfiyyatın gündəlik qeydiyyatı
· Anbar qalıqlarının daim nəzarətdə saxlanılması və inventarizasiyada iştirak
· Subpodratçılara verilən materialların ayrıca uçotunun aparılması
· Sənədləşmənin (qaimə, akt, tələbnamə və s.) düzgün və vaxtında aparılması
· Materialların itki, zədələnmə və israfının qarşısının alınması
İş şəraiti:
• Pozitiv və dəstəkləyici iş mühiti;
• İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi);
• İş yeri: Bakı;
• İş vaxtı: 09:00-18:00
• Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.