Anbardar (İnşaat)

  • Истекает 3 июль 2026

Əsas vəzifə öhdəlikləri:

  · Anbara daxil olan material və avadanlıqların qəbulunu həyata keçirmək və sənədlərə uyğunluğunu yoxlamaq

  · Materialların düzgün şəkildə yerləşdirilməsi, saxlanması və qorunmasını təmin etmək

  · Anbar üzrə giriş və çıxış əməliyyatlarını tələbnamələr və qaimələr əsasında aparmaq

  · Anbar uçotunu (gündəlik qalıqlar, mədaxil və məxaric) dəqiq şəkildə aparmaq

  · Elektron uçot sistemlərində (Excel, 1C və s.) məlumatları vaxtında yeniləmək

  · Materialların itki, zədələnmə və düzgün istifadə olunmasına nəzarət etmək

  · Anbarın səliqə-sahmanını və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək

  · Rəhbərliyə gündəlik və aylıq anbar hesabatlarını təqdim etmək

  · Tikinti materiallarının və avadanlıqların layihə üzrə sərfiyyatına nəzarət etmək

 

Namizədə dair tələblər

  • Orta və ya ali təhsil 
  • Tikinti sahəsində anbar və ya material uçotu üzrə minimum 1–3 il iş təcrübəsi
  • MS Excel və anbar proqramlarında (1C, ERP və s.) işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və diqqətli olmaq
  • Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı

 

Məsuliyyət

   · Tikinti materiallarının (sement, armatur, beton, metal konstruksiya və s.) qəbul və təhvil prosesinin aparılması

   · Materialların layihə üzrə düzgün uçotunun və hərəkətinin təmin edilməsi

   · Anbara daxil olan malların miqdar və keyfiyyət baxımından yoxlanılması

   · Materialların sahəyə verilməsi və sərfiyyatın gündəlik qeydiyyatı

   · Anbar qalıqlarının daim nəzarətdə saxlanılması və inventarizasiyada iştirak

   · Subpodratçılara verilən materialların ayrıca uçotunun aparılması

   · Sənədləşmənin (qaimə, akt, tələbnamə və s.) düzgün və vaxtında aparılması

   · Materialların itki, zədələnmə və israfının qarşısının alınması

 

İş şəraiti:

• Pozitiv və dəstəkləyici iş mühiti;

• İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi);

• İş yeri: Bakı;

• İş vaxtı: 09:00-18:00

• Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

 

  • Daily55
  • Weekly513
  • Monthly513