Sahə topoqrafı

  • Deadline 7 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Tikinti layihələrinin topoqrafik-geodeziya işlərini layihə sənədlərinə və texniki tələblərə uyğun təşkil və icra etmək;
  • Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit cihazlarından sərbəst istifadə etmək;
  • Layihə koordinatlarını və yüksəklik işarələrini təbiətə köçürmək (razbivka), o cümlədən yol oxları, bordyur xətləri, binalar, yarımstansiya və su anbarı sahələrinin koordinatlarını sahədə müəyyən etmək;
  • Ərazinin topoqrafik planalma işlərini aparmaq və relyefin xüsusiyyətlərini təhlil etmək;
  • Torpaq işlərinin həcmlərini hesablamaq, qazma-doldurma balansını müəyyən etmək, kəsik və profilləri hazırlamaq;
  • Vertikal planlaşdırma işarələrinə nəzarət etmək və təməl qatları, asfaltbeton və beton örtüklərin layihə yüksəkliklərinə uyğunluğunu yoxlamaq;
  • Mühəndis şəbəkələrinin, o cümlədən kabel, su və kommunikasiya qalereyalarının trassa, yamac və dərinlik ölçmələrini aparmaq;
  • Tikinti işləri üzrə icra ölçmələrini həyata keçirmək və as-built planlarının, icra sxemlərinin hazırlanması üçün zəruri məlumatları toplamaq;
  • Geodeziya dayaq şəbəkəsini və reperləri yaratmaq, onların qorunmasını təmin etmək və vaxtaşırı yoxlamalarını həyata keçirmək;
  • Ölçmə cihazlarının texniki vəziyyətinə nəzarət etmək, onların metroloji yoxlaması və kalibrlənməsinin vaxtında aparılmasını təmin etmək;
  • Layihə sənədlərini, o cümlədən baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxumaq və ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək;
  • Tikinti sahəsində aparılan işlərin layihə koordinatlarına və yüksəklik göstəricilərinə uyğunluğunu operativ şəkildə yoxlamaq;
  • Aşkar edilmiş kənarlaşmalar barədə Tikinti Rəhbərini, Sahə və Texniki ofis mühəndislərini məlumatlandırmaq və zəruri ölçmə məlumatlarını təqdim etmək;
  • Sahə mühəndisləri, texniki ofis, subpodratçılar və digər aidiyyəti şəxslərlə geodeziya məsələləri üzrə koordinasiyalı işləmək.

Hesabat və sənədləşmə

  • Ölçmə nəticələrini müvafiq geodeziya jurnallarında və aktlarda düzgün və vaxtında qeyd etmək;
  • Gizli işlər aktlarının hazırlanması üçün tələb olunan icra ölçmələrini aparmaq və nəticələri təqdim etmək;
  • İcra planalma (as-built) məlumatlarını toplamaq, emal etmək və müvafiq icra sxemlərinin hazırlanmasına dəstək olmaq;
  • Gündəlik və həftəlik görülmüş iş həcmləri üzrə ölçmə məlumatlarını Tikinti Rəhbərinə, Sahə və Texniki ofis mühəndislərinə təqdim etmək;
  • Aparılmış ölçmələr, aşkar edilmiş kənarlaşmalar və görülmüş işlərin faktiki vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək.

Tələblər

  • Geodeziya, topoqrafiya, mühəndis-geodeziya, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Tikinti sahəsində topoqraf/geodeziya üzrə praktiki iş təcrübəsi;
  • Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit ilə sərbəst işləmək bacarığı;
  • Layihə koordinatlarının və yüksəklik işarələrinin təbiətə köçürülməsi (razbivka) üzrə praktiki təcrübə;
  • Topoqrafik planalma, relyef ölçmələri və torpaq işlərinin həcmlərinin hesablanması üzrə bilik;
  • Kəsik və profillərin hazırlanması, qazma-doldurma balansının müəyyən edilməsi üzrə bacarıq;
  • İcra planalma (as-built) və icra sxemlərinin hazırlanması üzrə anlayış;
  • Geodeziya dayaq şəbəkəsinin və reperlərin yaradılması və yoxlanılması üzrə bilik;
  • Layihə sənədlərini, baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxuma bacarığı;
  • AutoCAD və Civil 3D və ya analoji proqramlarda işləmək bacarığı;
  • MS Excel və ölçmə məlumatlarının emalı proqramları ilə işləmək bacarığı;
  • Geodeziya cihazlarının metroloji yoxlama və kalibrləmə tələbləri barədə anlayış;
  • Dəqiq, məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
  • İş qrafiki: Tam iş günü;
  • İş yeri: Bakı şəhəri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily125
  • Weekly486
  • Monthly737